Yeni Azərbaycan Partiyası Lerik Rayon Təşkilatının sədri, Lerik Rayon İcra Hakimiyyəti başçısının səlahiyyətlərini icra edən Cəlil Baxşıyev Milli Mətbuatımızın 146-cı ildönümü münasibətilə mətbuat nümayəndələri ilə görüşüb.
Modern.az xəbər verir ki, görüşdə Lerik Rayon İcra Hakimiyyəti başçısının müavinləri Habil Məlikov, Arzu Vəliməmmədova, Şöbə müdiri jurnalist Əlipənah Bayramov, Lerik Rayon Heydər Əliyev Mərkəzinin direktoru jurnalist Hüsaməddin Abbasov, "Lerik" qəzetinin redaktoru Əməkdar jurnalist İdris Şükürlü , jurnalist Elşən Pələngov və digər mətbuat işçiləri iştirak ediblər.
Lerik Rayon İcra Hakimiyyəti başçısının səlahiyyətlərini icra edən Cəlil Baxşıyev peşə bayramı münasibətilə mətbuat işçilərini təbrik edərək, fəaliyyətlərində uğurlar arzu edib.
Tədbirdə iştirak edən media nümayəndələri ölkə başçısı cənab İlham Əliyev tərəfindən junalistlərə göstərilən diqqət və qayğıdan söz açaraq bildiriblər ki, son illər Prezidentin göstərişi ilə jurnalistlərin mənzil-məişət şəraitinin jaxşılaşdırılması istiqamətində çox böyük işlər görülüb və bu gündə həmin işlər davam etdirilir. Bildirilib ki, eyni zamanda yerli icra hakimiyyəti orqanları tərəfindən də jurnalistlərin əmək fəliyyətinə xüsusi hörmətlə yanaşılır.