Modern.az

Koronavirusa yoluxan qadın övladına toy etdi

Koronavirusa yoluxan qadın övladına toy etdi

Aktual

23 İyul 2021, 13:40

Ağstafada övladına toy məclisi təşkil edən koronavirus xəstəsi məsuliyyətə cəlb olunub.

 

DİN Mətbuat Xidmətinin Gəncə regional qrupundan Modern.az-a verilən məlumata görə, koronavirus testinin nəticəsi pozitiv çıxan, rayonun Qırılı kənd sakini olan bir xanımın ev şəraitində müalicə almasına baxmayaraq, karantin qaydalarını kobud şəkildə pozaraq yaşadığı ünvanda övladı üçün toy mərasimi təşkil edib.

 

Ağstafa RPŞ əməkdaşları dərhal həmin ünvana gələrək toy mərasiminin keçirilməsi təxirə salınıb. Tibbi prosedurlar gözləməklə həmin xanımı xəstəxanaya yerləşdirib. Bundan başqa araşdırmalar zamanı məclisdəki qonaqların sayının Operativ Qərargahın müəyyən etdiyi saydan artıq olması və əksər qonaqların vaksinasiya olmaması da aşkar edilib.

 

Faktla bağlı polis şöbəsində araşdırmalar davam etdirilir.

 

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?