Modern.az

İki cüdoçumuz mübarizəni dayandırdı - YENİLƏNİB

İki cüdoçumuz mübarizəni dayandırdı - YENİLƏNİB

Aktual

24 İyul 2021, 08:12

Azərbaycan cüdoçusu Kəramət Hüseynov Tokio-2020 Yay Olimpiya Oyunlarında növbəti görüşünü keçirib.

 

Modern.az xəbər verir ki, 60 kq çəki dərəcəsində mübarizə aparan idmançı 1/8 final mərhələsində gürcüstanlı Lukum Tsxvimiani ilə üz-üzə gəlib. Rəqibinə ipponla məğlub olan Hüseynov mübarizəni dayandırıb. O, daha əvvəl Eşli Makkenziyə (Böyük Britaniya) qalib gəlmişdi.

 

Qadın cüdoçumuz Aişə Qurbanlı isə 1/16 final mərhələsində Katarina Koştaya (Portuqaliya) uduzaraq yarışla vidalaşıb.

 

Qeyd edək ki, Azərbaycan Tokio-2020-də 9 cüdoçu ilə təmsil olunur.

 

***

Tokio-2020 Yay Olimpiya Oyunlarında cüdo yarışlarına start verilib.

 

Modern.az xəbər verir ki, 60 kq çəki dərəcəsində yarışan Kəramət Hüseynov yarışa uğurla start verilib. Təmsilçimiz 1/16 finalda Böyük Britaniya idmançısı Eşli Makkenzi ilə qarşılaşıb və rəqibini məğlub edib. Kəramət 1/8 finalda Gürcüstan təmsilçisi Luxumi Çxvimiani ilə üz-üzə gələcək. 

 

Qadınların yarışında isə Aişə Qurbanlı (48 kq) ilk görüşdə mübarizəni dayandırıb. O, 1/16 finalda portuqaliyalı Katarina Koştaya uduzub.

***

Tokioda Azərbaycan komandasının da qatıldığı Yay Olimpiya Oyunları keçirilir.

 

Modern.az xəbər verir ki, bu gün cüdoçularımızdan ikisi – Kəramət Hüseynov (60 kq) və Aişə Qurbanlı (48 kq) mübarizəyə başlayıb. Belə ki, K.Hüseynov Eşli Makkenzi (Böyük Britaniya), A.Qurbanlı Katarina Kosta (Portuqaliya) ilə ilk qarşılaşmalarını keçirəcəklər. Cüdo yarışları Bakı vaxtı ilə saat 06:00-da başlayıb.

 

Qeyd edək ki, Azərbaycan tarixdə ilk dəfə olaraq Olimpiya Oyunlarında 9 cüdoçu ilə təmsil olunur. Olimpiadada cüdo yarışları iyulun 31-də yekunlaşacaq.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?