Modern.az

Ruslan Lunyov finala çıxa bilmədi - YENİLƏNİB  

Ruslan Lunyov finala çıxa bilmədi - YENİLƏNİB  

Aktual

24 İyul 2021, 09:46

Azərbaycanın güllə atıcısı Ruslan Lunyov Tokio-2020 Yay Olimpiya Oyunlarında finala vəsiqə qazana bilməyib.

 

Modern.az xəbər verir ki, 10 metr məsafəyə kiçikçaplı tapançadan atəşaçma yarışında mübarizəyə təsnifat mərhələsindən başlayan Ruslan Lunyov yekunda 547 xal toplayaraq 20-ci yeri tutub. Bu nəticə onun finala çıxması üçün yetərli olmayıb.

 

***

Tokioda Azərbaycan idmançılarının da iştirak etdiyi Yay Olimpiya Oyunları davam edir.

 

Modern.az xəbər verir ki, Azərbaycanın daha bir idmançısı mübarizəyə qoşulub. Belə ki, təmsilçimiz Ruslan Lunyov pnevmatik tapançadan 10 metr məsafəyə atəşaçma yarışlarında iştirak edir.

 

Qeyd edək ki, R.Lunyov “Rio-2016”da debüt edib və 10 metr məsafə üzrə atəşaçma yarışlarında 15-ci pillədə qərarlaşıb.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı