Modern.az

Hacıqabul sakini patı ilə tutuldu

Hacıqabul sakini “patı” ilə tutuldu

Aktual

24 İyul 2021, 09:52

Hacıqabul rayon sakini narkotik maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinərək saxlanılıb.

 

DİN-in Mətbuat xidmətinin Şirvan regional qrupundan Modern.az-a verilən məlumata görə, polis əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində 27 yaşlı İbrahim Baxşiyev saxlanılaraq polis şöbəsinə gətirilib.

 

Burada onun üzərinə keçirilən baxış zamanı narkotik maddə olan metamfetamin aşkar edilərək götürülüb.

 

Faktla bağlı araşdırmalar davam etdirilir.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
SON DƏQİQƏ! Moskvada gərgin anlar - Fövqəladə vəziyyət elan edildi