Modern.az

Polkovnikin rüşvət alması belə müəyyən edildi

Polkovnikin rüşvət alması belə müəyyən edildi

Aktual

24 İyul 2021, 11:18

Ehtiyatda olan polkovnik Vüsal Babayev 2020-ci ilin yay aylarında Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) Səbail rayon idarəsində Xidmətin özü tərəfindən keçirilən yoxlamalarda vəzifəsindən kənarlaşdırılıb.

 

Xidmətdən Modern.az-a bildirilib ki, yoxlamalar zamanı xidmətdə buraxdığı nöqsanlara görə Səbail rayon idarəsinin rəisi, polkovnik Vüsal Babayev vəzifəsindən kənarlaşdırılaraq sərəncama götürülüb.

 

Onun xidməti fəaliyyətinə qiymət verilməsi üçün materiallar Hərbi Prokurorluğa göndərilib. Bir müddət sərəncamda qaldıqdan sonra polkovnik Vüsal Babayev ehtiyata buraxılıb.

 

Baş Prokurorluğun məlumatına görə, Vüsal Babayev Respublika Hərbi Prokurorluğunda aparılan cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. O, rüşvət almaqda şübhəli bilinir.

 

Qeyd edək ki, Vüsal Babayev Xüsusi Dövlət Mühafizəsi Xidmətinin sabiq rəisi, general-polkovnik Vaqif Axundovun bacısı oğludur.
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?