Modern.az

“Kral”ın rəhbərliyi məsuliyyətə cəlb olundu

“Kral”ın rəhbərliyi məsuliyyətə cəlb olundu

Aktual

24 İyul 2021, 14:11

Lənkəran şəhəri, Mamutsa kəndi ərazisində fəaliyyət göstərən "Kral” şadlıq sarayına keçirilən baxış zamanı pandemiya dövrünün tələblərinin kobud şəkildə pozulduğu aşkarlanıb.

 

Bu barədə Modern.az-a Qida Təhlükəsizliyi Agentliyindən məlumat verilib.

 

Yoxlama zamanı həmin şadlıq evində müvafiq portaldan (“icaze.e-gov.az”) rəsmi qaydada qeydiyyatdan keçmədən kütləvi tədbirin təşkil olunduğu məlum olub.

 

Aşkarlanan pozuntularla bağlı müəssisənin rəhbərliyi inzibati məsuliyyətə cəlb olunub. Eyni zamanda ciddi qanun pozuntusuna yol verdiyinə görə həmin ictimai iaşə müəssisəsi ilə bağlı müvafiq tədbirlərin həyata keçirilməsi üçün aidiyyəti dövlət orqanlarına məlumat verilib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı