Modern.az

Xalq artisti Səməd Səmədov vəfat etdi

Xalq artisti Səməd Səmədov vəfat etdi

Aktual

24 İyul 2021, 18:50

Azərbaycanın Xalq artisti Səməd Səmədov vəfat edib.

 

Modern.az xəbər verir ki, bu barədə onun sənət yoldaşları sosial şəbəkədə məlumat yayıblar.

 

74 yaşlı müğənninin müalicə aldığı xəstəxanada koronavirusdan dünyasını dəyişdiyi bildirilir.

 

Qeyd edək ki, Səməd Səmədov 1946-cı il sentyabrın 17-də Aşqabadda anadan olub. 1948-ci ildə ailəsi ilə birlikdə Bakıya köçüb. Asəf Zeynallı adına Musiqi Məktəbini bitirib. Tanınmış estrada müğənnisi kimi sevilən ifaçı 2011-ci ildə Xalq artisti fəxri adına layiq görülüb.

 

Allah rəhmət eləsin!

Whatsapp
Bizə yazın!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?