Modern.az

Türkiyəli futbolçuya 30 milyonluq təklif

Türkiyəli futbolçuya 30 milyonluq təklif

Aktual

24 İyul 2021, 21:11

"Yuventus" klubunun futbolçusu Merih Demiral "Atalanta"ya keçə bilər.

 

Modern.az İtaliya mətbuatına istinadən xəbər verir ki, klub 23 yaşlı müdafiəçi üçün 25 milyon avro və bonus olaraq 5 milyon avro təklif edib. Turin təmsilçisi türk oyunçuya görə ən azı 35-40 milyon avro almaq istəyir. Gələn həftə klub nümayəndələrinin yeni görüş keçirəcəyi gözlənilir.

  

Qeyd edək ki, M.Demiral 2019-cu ildən "Yuventus"da oynayır. O, həmçinin Türkiyə millisinin üzvüdür.

Sizə yeni x var
Keçid et
Putindən kritik əmr! Raketlər sərhədə yığıldı - Yeni müharibə...