Modern.az

Vasif Durarbəyli 1/8 finalda

Vasif Durarbəyli 1/8 finalda

Aktual

24 İyul 2021, 23:35

Rusiyanın Soçi şəhərində dünya kuboku yarışları davam edir.

 

Modern.az xəbər verir ki, on altıdabir finalda şahmatçımız Vasif Durarbəyli özbəkistanlı Nadirbek Abdusattorovla tay-brekdə qarşılaşıb. Rəqibini 4:2 hesabla məğlubiyyətə uğradan şahmatçımız səkkizdəbir finala vəsiqə qazanıb.

 

Qeyd edək ki, dünya kubokuna qatılan Azərbaycanın 7 şahmatçısından 6-sı (Şəhriyar Məmmədyarov, Nicat Abasov, Günay Məmmədzadə, Gülnar Məmmədova, Ülviyyə Fətəliyeva və Türkan Məmmədyarova) yarışda mübarizəni dayandırıblar.

 

Xatırladaq ki, dünya kubokunun finalçıları iddiaçılar turnirinə vəsiqə qazanacaq.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
SON DƏQİQƏ! Moskvada gərgin anlar - Fövqəladə vəziyyət elan edildi