Modern.az

Ucarda maşın dərəyə aşdı, sürücü xəsarət aldı

Ucarda maşın dərəyə aşdı, sürücü xəsarət aldı

Aktual

24 İyul 2021, 23:48

Ucar rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

 

Modern.az xəbər verir ki, hadisə rayon ərazisində qeydə alınıb.

 

1987-ci il təvəllüdlü Qasımov Fariz Şahin oğlu idarə etdiyi avtomobillə hərəkətdə olarkən idarəetməni itirərək dərəyə aşıb. Hadisə zamanı sürücü ağır xəsarət alıb. Yaralı təcili yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb və həkim nəzarətinə götürülüb. Müayinə zamanı ona bəbənin müştərək travması diaqnozu qoyulub.

 

Faktla bağlı araşdırma aparılır.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?