Modern.az

Üç övladını xilas edən ata özü boğulub öldü - FOTO

Üç övladını xilas edən ata özü boğulub öldü - FOTO

Aktual

25 İyul 2021, 00:07

Türkiyənin Bursa şəhərində ailəsini gəzintiyə aparan kişi faciəvi şəkildə həlak olub.

 

Modern.az DHA-ya istinadla xəbər verir ki, 35 yaşlı ailə başçısı Abdullah Həmzə "Dəmirtaş" su bəndinin yaxınlığında üç övladı və xanımı ilə birgə piknik edib.

 

Onun azyaşlı övladları suya daxil olub və bir müddət sonra onlar boğulmaq təhlükəsi ilə üzləşiblər.

 

Suya atılan kişi övladlarını ölümdən qurtarsa da, özü xilas ola bilməyib.

 

Hadisə yerinə gələn dalğıclar onun cansız bədənini sudan çıxararaq aidiyyatı üzrə təhvil veriblər.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?