Modern.az

Gürcüstanın koronavirus statistikası 

Gürcüstanın koronavirus statistikası 

Aktual

25 İyul 2021, 11:29

Gürcüstanda yoluxma sayında ötən günlə müqaisədə bu gün qismən azalma müşahidə olunub.

 

Modern.az xəbər verir ki, son 24 saat ərzində ölkə üzrə 2061 yeni yoluxma qeydə alınıb.

 

Mövcud virusdan müalicə alan pasiyentlərdən 1654 nəfəri sağalıb. Beləliklə, bu günədək ölkədə koronavirus diaqnozu qoyulanların ümumi sayı 402759 nəfərə çatıb. Onlardan 373088 nəfəri xəstəliyə qalib gəlib.

 

Bu gün virusdan 23 nəfərin ölməsi ilə bərabər ümumilikdə 5688 nəfər həyatını itirib. Hazırda ölkə üzrə karantin rejimində 71, stasionar nəzarətdə 5069 nəfər var. 1697 nəfər xüsusi otellərdə tibbi nəzarətdə saxlanılır.

 

Xatırladaq ki, ötən gün ölkə üzrə 2617 yoluxma halı qeydə alınmışdı.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı