Modern.az

AKP nümayəndə heyəti Şəhidlər və Fəxri xiyabanı ziyarət etdi - FOTO

 AKP nümayəndə heyəti Şəhidlər və Fəxri xiyabanı ziyarət etdi - FOTO

Aktual

26 İyul 2021, 09:13

Azərbaycanda səfərdə olan Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) nümayəndə heyəti Şəhidlər Xiyabanı və Fəxri Xiyabanı ziyarət edib.

 

Modern.az xəbər verir ki, qonaqlar ümummilli lider Heydər Əliyevin məzarı önünə gül dəstələri qoyub. Nümayəndələr həmçinin oftalmoloq alim Zərifə Əliyevanın da məzarını ziyarət edib, qəbri üstünə güllər düzüblər.

 

Numan Kurtulmuşun rəhbərlik etdiyi nümayəndə heyəti daha sonra Şəhidlər Xiyabanına gəlib. Burada Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş şəhidlərin xatirəsi yad edilib.

 

Sizə yeni x var
Keçid et
İranla Rusiya bombalanır - Ard-arda şok partlayışlar