Bakı Ağır Cinayətlər Məhkəməsində casusluqda ittiham olunan ermənilər - Davtyan Davit Tiqrani və Sujyan Gevorg Rubenoviçin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilir.
Modern.az-ın məlumatına görə, hakim Əli Məmmədovun sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqı açıq elan edilib.
Prosesdə hakim bildirib ki, təqsirləndirilən şəxslərə verilən ittihamlar məhkəmə istintaqında sübuta yetirilərsə, 15 ilə qədər azadlıqdan məhrum edilə bilərlər.
Təqsirləndirilən şəxslər Davtyan Davit Tiqrani və Sujyan Gevorg Rubenoviç ittiham üzrə özlərini qismən təqsirli biliblər. Bildiriliblər ki, Azərbaycan dövlət sərhədini qanunsuz keçiblər.
Təqsirləndirilən şəxsin istintaqa verdiyi ifadə ilə məhkəmədə verdiyi ifadəsi ziddiyət təşkil edib.
Prosesdə fasilə elan edilib.
Fasilədən sonra prosesdə Gevorg Sujyanın istintaqa verdiyi ifadənin davamı elan edilib.
Gevorg Sujyan istintaqa verdiyi ifadəni təsdiqləməyib.
Prosesin davamında digər təqsirləndirilən Davit Davtyan sərbəst ifadə verib.
O da Gevorg Sujyanla eyniməzmunlu ifadə verib.
Davit Davtyanın da istintaqa verdiyi ifadə elan edilib.
Təqsirləndirilən şəxs istintaqa verdiyi ifadəsini təsdiqləməyib.
Proses iyulun 28-nə qədər təxirə salınıb.
Qeyd edək ki, təqsirləndirilən şəxslərə Cinayət Məcəlləsinin 228-ci ( qanunsuz silah saxlama), 276-cı ( casusluq), 279-cu (Qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və ya qrupları yaratma), 318-ci (qanunsuz dövlət sərhədi keçmə) maddələri ilə ittiham verilib.
***
Bakı Ağır Cinayətlər Məhkəməsində casusluqda ittiham olunan ermənilər - Davtyan Davit Tiqrani və Sujyan Gevorg Rubenoviçin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilir.
Modern.az-ın məlumatına görə, hakim Əli Məmmədovun sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqı açıq elan edilib.
Prosesdə hakim bildirib ki, təqsirləndirilən şəxslərə verilən ittihamlar məhkəmə istintaqında sübuta yetirilərsə, 15 ilə qədər azadlıqdan məhrum edilə bilərlər.
Təqsirləndirilən şəxslər Davtyan Davit Tiqrani və Sujyan Gevorg Rubenoviç ittiham üzrə özlərini qismən təqsirli biliblər. Bildiriliblər ki, Azərbaycan dövlət sərhədini qanunsuz keçiblər.
Təqsirləndirilən şəxsin istintaqa verdiyi ifadə ilə məhkəmədə verdiyi ifadəsi ziddiyət təşkil edib.
O istintaqa ifadəsində deyib ki, atası Rusiya vətəndaşıdır və Sankt-Peterburq şəhərində yaşayır: "Uzun müddət həmin şəhərdə ailəliklə yaşamışıq. Məktəbi Ermənistanın Şirak vilayətində bitirmişəm. Univeristeti Rusiyada bitimişəm. Daha sonra hərbi xidmətimlə əlaqədar Ermənistana qayıtmışam. Peşəkar boksla məşğul olmuşan. Bu səbəbdən hərbi xidmətdə Kirivokan şəhərində kəşfiyyatçı kimi xidmət etmişəm".
Təqsirləndirilən şəxs istintaqda ifadəsində qeyd edib ki, 2019-cu ildə yaz aylarında Ermənistan xüsusi xidmət orqandan bir nəfər ona zəng edərək görüşməyi təklif edib:
"Mən də qanun qarşısında təmiz olduğumdan Artak adlı xüsusi xidmət orqanı əməkdaşı ilə görüşdüm. O, mənə təşkilatımla bağlı suallar verdi. Pul köçürmələri ilə bağlı problem olduğunu, çirkli pullarla bağlı köçürmələr olduğunu dedi. Bu səbəbdən mənə qarşı cinayət işinin açılacağını və həbs edəcəklərini qeyd etdi. Mən də həbs olunmaqdan qorxduğum üçün onlarla əməkdaşlıq edəcəyimə söz verdim və iltizama qol çəkdim. O, müxtəlif vaxtlarda mənə tapşırıqlar verəcəyini dedi. 27 sentyabr 2020-ci ildə müharibə başlayandan sonra Artak mənə zəng edərək görüşməli olduğumuzu dedi. Səhəri gün kafedə biz görüşdük. O, mənə vəziyyətin pis olduğunu və Ermənistanın mənim kimi oğlanlara ehtiyacı olduğunu bildirdi. Mən özüm də silahlı birləşmələrdə iştirak etmək istədiyimi dilə gətirdim. O mənə tapşırıq verdi ki, döyüş bölgəsində Azərbaycan ordusunun olduğu mövqeləri, saylarını və texnikaları ilə bağlı məlumat toplayıb ona deyim. Mən məcbur qalıb onunla razılaşdım. Davitlə birlikdə hərəkət edəcəyimi ona bildirdim. Artak da bununla razılaşdı. Biz səhəri gün Gorus istiqatimətindən Azərbaycan ərazisinə keçdik".