Modern.az

Oqtay Şirəliyev vəzifəyə təyin olundu

Oqtay Şirəliyev vəzifəyə təyin olundu

Aktual

27 İyul 2021, 15:21

Azərbaycanın sabiq Səhiyyə naziri Oqtay Şirəliyev yeni vəzifəyə təyin olunub. 

 

Modern.az Qaynarinfo-ya istinadən xəbər verir ki, sabiq nazir hazırda Respublika Diaqnostika Mərkəzində professor, tibb elmləri doktoru kimi öz fəaliyyətini davam etdirir. 

 

O, Respublika Diaqnostika Mərkəzinin baş direktoru vəzifəsinə təyin olunub. Direktor vəzifəsini isə Rəşid Vəzirov icra edir.

 

Xatırladaq ki, Oqtay Kazım oğlu Şirəliyev Prezident İlham Əliyevin sərəncamı ilə 23 aprel 2021-ci ildə Azərbaycan Respublikasının səhiyyə naziri vəzifəsindən azad edilib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putindən kritik əmr! Raketlər sərhədə yığıldı - Yeni müharibə...