Modern.az

Casusluq edən ermənilərdən XƏBƏR VAR

Casusluq edən ermənilərdən XƏBƏR VAR

Aktual

28 İyul 2021, 07:44

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində casusluqda ittiham olunan ermənilər - Davtyan Davit Tiqrani və Sujyan Gevorg Rubenoviçin cinayət işi üzrə məhkəmə iclası davam etdiriləcək.

 

Modern.az xəbər verir ki, hakim Əli Məmmədovun sədrliyi ilə keçiriləcək prosesdə şahidlər dindiriləcək.

 

Qeyd edək ki, təqsirləndirilən şəxslərə Cinayət Məcəlləsinin 228-ci ( qanunsuz silah saxlama), 276-cı ( casusluq), 279-cu (Qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və ya qrupları yaratma), 318-ci (qanunsuz dövlət sərhədi keçmə) maddələri ilə ittiham verilib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?