Modern.az

Prezidentlər Xəzərdə yaxta gəzintisinə çıxdılar - FOTO

Prezidentlər Xəzərdə yaxta gəzintisinə çıxdılar - FOTO

Aktual

6 Avqust 2021, 12:11

Orta Asiya ölkələrinin prezidentləri Türkmənistana səfər zamanı Xəzər dənizində yaxta gəzintisinə çıxıblar.

 

Modern.az xəbər verir ki, Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov həmkarlarını gəzintiyə dəvət edib.

 


Dəniz səfərindən görüntüləri Qazaxıstan Prezidentinin mətbuat katibi Berik Uali yayıb.

 

Gəzinti zamanı liderlər əvvəllər əldə edilmiş razılaşmaların həyata keçirilməsi və qarşılıqlı faydalı əməkdaşlığın daha da inkişaf etdirilməsi imkanları barədə fikir mübadiləsi aparıblar.

 

Qeyd edilib ki, bu gün Türkmənbaşı şəhərində Mərkəzi Asiya dövlət başçılarının məşvərət görüşü keçiriləcək. İştirakçılar ticarət, iqtisadi, enerji, nəqliyyat və kommunikasiya sahələrində regional əməkdaşlıq məsələlərini, həmçinin koronavirus pandemiyası ilə mübarizə üçün birgə tədbirləri müzakirə edəcəklər.


Aysel Məhərrəm

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?