Modern.az

Ərdoğan İlham Əliyevə təşəkkür etdi  

Ərdoğan İlham Əliyevə təşəkkür etdi  

Aktual

6 Avqust 2021, 14:24

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan meşə yanğınlarının ilk günlərindən Azərbaycanın yanğınların söndürülməsində Türkiyəyə göstərdiyi dəstəyə görə Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkür edib.

 

Modern.az xəbər verir ki, Türkiyə Prezidenti Azərbaycandan olan yanğınsöndürənlərin yanğınsöndürmə əməliyyatlarında yüksək peşəkarlıq və sevgi ilə iştirak etdiyini vurğulayıb.

 

Qeyd edək ki, avqustun 6-da Azərbaycan və Türkiyə prezidentləri arasında telefon danışığı olub.

Whatsapp
Bizə yazın!
Keçid et
İsrail Ərdoğanı hədəf aldı - Bizi sınağa çəkmə!