Karateçimiz Rafael Ağayev Tokio-2020-də növbəti görüşünü keçirib.
Modern.az xəbər verir ki, 75 kq-da mübarizə aparan idmançı B qrupundakı sonuncu döyüşündə italiyalı Luici Busa ilə üz-üzə gəlib. Ağayev görüşün bitməsinə 56 saniyə qalmış zədələnsə də, döyüşü sonadək davam etdirib.
Qarşılaşma idmançımızın 1:3 hesablı məğlubiyyəti ilə başa çatıb.