Modern.az

Qanunsuz balıq ovlayan şəxslər saxlanıldı

Qanunsuz balıq ovlayan şəxslər saxlanıldı

Aktual

6 Avqust 2021, 15:36

Qanunsuz balıq ovunun qarşısının alınması məqsədilə Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilən növbəti nəzarət tədbirləri zamanı Mingəçevir, Ağstafa su anbarlarında, Baş Mil-Muğan kollektorunda qanunsuz balıq ovlayan şəxslər saxlanılıb.

 

Xidmətdən Modern.az-a verilən məlumata görə, araşdırma zamanı brakonyerlərin Yevlax rayon sakini Oqtay Məmmədov, Sənan İsmayılov, Salyan rayon sakinləri Nadir Əliyev, Rəşad Yolçuyev olduğu məlum olub.

 

Faktla bağlı qanun pozucuları barəsində qanunamüvafiq tədbirlər görülüb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?