Türkiyə ordusu İraqın şimalında terrorçulara qarşı əməliyyat keçirib.
Modern.az xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Əməliyyat zamanı Kara bölgəsində 2, Barış Bulağı bölgəsində 1 terrorçu zərərsizləşdirilib.
Nazirlik terrorla mübarizənin qətiyyətlə davam etdiyini bildirib.