Modern.az

Azərbaycan, Türkiyə və Türkmənistan liderlərinin görüşü TƏXİRƏ SALINDI

Azərbaycan, Türkiyə və Türkmənistan liderlərinin görüşü TƏXİRƏ SALINDI

Aktual

6 Avqust 2021, 17:38

Türkmənistan, Azərbaycan və Türkiyə liderlərinin bu ay planlaşdırılan zirvə görüşü təxirə salınıb.

 

Modern.az Türkmənistan KİV-nə istinadən xəbər verir ki, görüş Türkiyədəki meşə yanğınları səbəbi ilə təxirə salınıb.

 

Belə ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ötən gün türkmənistanlı həmkarı Qurbanqulu Berdıməhəmmədovla telefon danışığı zamanı görüşü təxirə salmağı təklif edib.

 

Berdiməhəmmədov Ərdoğanın istəyini anlayışla qəbul edib.

 

Berdıməhəmmədov Türkiyədə meşə yanğınlarında həlak olanların ailələrinə dərin hüznlə başsağlığı verib, Türkiyə xalqına dəstəyini ifadə edib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
SON DƏQİQƏ! Moskvada gərgin anlar - Fövqəladə vəziyyət elan edildi