Füzuli rayonunda 44 günlük Vətən Müharibəsi zamanı məhv edilən erməni hərbi qulluqçuların cəsədlərinin axtarışı davam etdirilib.
Modern.az xəbər verir ki, bu barədə Ermənistan KİV-i məlumat yayıb.
Bildirilir ki, bu gün həyata keçirilən axtarış işləri nəticəsiz qalıb və heç bir cəsəd tapılmayıb.
Qeyd edək ki, ötən ilin noyabr ayının 10-dan etibarən başlayan axtarış işləri nəticəsində azad edilən ərazilərdə 1630-dan artıq erməni hərbi qulluqçunun cəsədi aşkarlanıb.