Modern.az

Göygöldə reyd: Piyadalar cərimələndi

Göygöldə reyd: Piyadalar cərimələndi

Aktual

6 Avqust 2021, 18:39

Göygöl Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları rayon ərazisində təhlükəsizliyin təmin edilməsi, piyadaların maarifləndirilməsi məqsədilə reyd keçiriblər.

 

Modern.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

 

Bildirilib ki, reyd zamanı piyada keçidlərindən istifadə etməyən şəxslər saxlanılıb və onlarla profilaktik söhbətlər aparılıb. Bu kimi qayda pozuntularının onların həm özləri, həm də digər hərəkət iştirakçılarının sağlamlığı üçün təhlükəli olduğu izah edilib. Bundan başqa, davam etdirilən tədbirlərlə piyadalara yol verməyən sürücülər də aşkarlanıb ki, onlarla da profilaktiki söhbətlər aparılıb. 

 

Polis əməkdaşlarının etdiyi xəbərdarlıqlara baxmayaraq, yolun piyadalar üçün nəzərdə tutulan hissəsindən keçməyən 13 nəfər barəsində müvafiq tədbir görülüb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı