Modern.az

Ucarda intihar: Toy yasa döndü

Ucarda intihar: Toy yasa döndü

Aktual

6 Avqust 2021, 20:41

Ucar sakini dəvət olunduğu toya gəlib və intihar edib.

 

Modern.az APA-ya istinadən xəbər verir ki, Bakı şəhərində oğlanları ilə birgə yaşayan Ucar rayonunun Yuxarı Şilyan kənd sakini, 1960-cı i təvəllüdlü Fatma Qasım qızı Mikayılova bu gün keçirilməsi nəzərdə tutulan qaynının toy məclisinə dəvət alıb.

 

Ötən gün axşam saatlarında kəndə gələn F. Mikayılova bu gün səhər saatlarında baş yaylığı ilə evində özünü asaraq intihar edib.

 

F. Mikayılova yazıb qoyduğu məktubda səhhətində yaranmış problemlə bağlı intihar etdiyini bildirib.

 

Faktla bağlı araşdırma aparılır.

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı