Modern.az

“Şuşa mədəniyyətin beşiyidir” - Dünya şöhrətli musiqiçi

“Şuşa mədəniyyətin beşiyidir” - Dünya şöhrətli musiqiçi

Aktual

6 Avqust 2021, 22:58

Hazırda vətənim ABŞ-dan uzaqdayam. Bu gün Azərbaycanda, Şuşada olmaqdan çox xoşbəxtəm.

 

Bu fikirləri dünya şöhrətli musiqiçi, Maykl Ceksonun və Uitni Hyustonun vokalçısı olmuş Della Miles Şuşaya səfəri zamanı deyib.

 

O bildirib ki, tarixi öyrəndikcə və dərinliyinə vardıqca, gələcəyin inkişaf istiqamətini müəyyən etmək mümkündür.

 

Della Miles, həmçinin Azərbaycanın, xüsusilə də Qarabağın muğam beşiyi olmasına münasibət bildirib: “Bir musiqiçi kimi muğam sənətinin texniki cəhətdən çox ustalıq tələb etdiyini bilirəm. Bu çətin işin öhdəsindən asanlıqla gələn Azərbaycanın muğam ifaçılarını görəndə valeh oluram. Muğam sənətinə və onun mahir ifaçılarına böyük hörmətim var. Burada bir daha əmin oldum ki, Şuşa mədəniyyətin, musiqinin beşiyidir”.

Whatsapp
Bizə yazın!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?