Modern.az

3-cü doza peyvəndi bu şəxslər vurdurmalıdır  

3-cü doza peyvəndi bu şəxslər vurdurmalıdır  

Aktual

7 Avqust 2021, 00:58

3-cü doza peyvəndin yüksək risk qrupuna daxil olan şəxslərə vurulması zəruridir.

 

Modern.az xəbər verir ki, bu barədə  Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi məlumat yayıb.

 

Bildirilib ki, 2-ci dozadan 6 ay keçdikdən sonra yüksək risk qrupuna daxil olanlara (tibb işçiləri, yaşı 60-dan yuxarı olan şəxslər, autoimmun xəstəlikləri olan şəxslər) 3-cü doza (buster) vaksin vurulması məqsədəuyğun hesab olunur.

 

Həmçinin qeyd olunub ki, 2-ci dozadan 6 ay sonra peyvənd olunmuş şəxs ölkəmizdə istifadəsinə icazə verilən istənilən vaksinin 2 dozasını vurdura bilər.

 

“Peyvənd sertifikatı”nda son qəbul edilmiş 2 doza haqqında məlumat əks olunacaq.

Sizə yeni x var
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?