Modern.az

Koronavirusu məhv edən cihaz hazırlandı

Koronavirusu məhv edən cihaz hazırlandı

Aktual

7 Avqust 2021, 06:30

Özbəkistanda virusları məhv edən cihaz hazırlanıb.

 

Modern.az xəbər verir ki, cihazın müəllifi mühəndis Olim Yusupovdur. O bildirib ki, hazırladığı texnologiya COVID-19 və digər yoluxucu xəstəliklərin müalicəsində həlledici rol oynaya bilər.

 

“BioGenetik” adlanan cihaz hava məkanını müxtəlif bakteriyalardan, o cümlədən COVID-19 virusundan təmizləmək gücünə malikdir:

 

“Aparatın havaya buraxdığı elektronlar virusları, bakteriyaları və mikrobları taparaq zərərsizləşdirir. Bu cihaz vərəm, hepatit, COVID-19 və digər yoluxucu xəstəliklərin profilaktikasında və müalicəsində çox faydalıdır”.

 

Hazırda “BioGenetik” cihazı Özbəkistanın test qəbulu məntəqələrində, laboratoriyalarda, dövlət və tibb müəssisələrində istifadə olunur.

Sizə yeni x var
Keçid et
TƏCİLİ! İlham Əliyev Türkiyəyə getməyəcək - Səbəblər açıqlandı