Fövqəladə Hallar Nazirliyinin (FHN) yanğın-xilasetmə qüvvələrinin dördüncü qrupu Türkiyəyə çatıb.
Modern.az xəbər verir ki, 200 nəfərdən ibarət növbəti yanğın-xilasetmə qrupunu bölgənin rəsmi nümayəndələri, FHN əməkdaşları və KİV nümayəndələri Muğla Dalaman Hava Limanında qarşılayıblar.
Bununla da qardaş ölkədə meşə yanğınlarının söndürülməsi üçün Azərbaycandan ümumilikdə 700-dən çox şəxsi heyət, 93 yanğınsöndürmə texnikası, 1 helikopter və 1 amfibiya tipli təyyarə göndərilib.
Qeyd edək ki, FHN-in Türkiyədəki qüvvələrinin koordinasiyalı idarə edilməsi məqsədilə fövqəladə hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyevin başçılığı ilə qurumun məsul vəzifəli əməkdaşlarından ibarət nümayəndə heyəti qardaş ölkədədir.