Qadın voleybolçulardan ibarət Azərbaycan millisi Macarıstanın Samboteli şəhərindəki beynəlxalq “Savaria” turnirində ikinci oyununu keçirib.
Modern.az Azərbaycan Voleybol Federasiyasına istinadla xəbər verir ki, millimiz Niderland yığması ilə qarşılaşıb. Görüş niderlandlı voleybolçuların 3:0 (25:14, 25:13, 25:16) hesablı qələbəsi ilə başa çatıb.
Voleybolçularımız ilk oyunda Macarıstan seçməsinə 2:3 hesabı ilə məğlub olub.
Qeyd edək ki, yığmamız turnirdə sonuncu oyununu avqustun 7-də Çexiyaya qarşı olacaq.