Modern.az

“Tokio-2020”: Daha 22 nəfərdə virus aşkarlandı  

“Tokio-2020”: Daha 22 nəfərdə virus aşkarlandı  

Güncel

7 Avqust 2021, 09:29

Tokio Olimpiya Oyunlarında son sutka ərzində daha 22 nəfərdə koronavirusa yoluxma aşkarlanıb.

 

Modern.az xəbər verir ki, bu barədə “Tokio-2020”nin təşkilat komitəsi məlumat yayıb.

 

Bildirilib ki, koronavirusa yoluxanlar arasında idmançılar yoxdur. Beləliklə, Olimpiya Oyunları ilə əlaqəli şəxslər arasında yoluxma hallarının ümumi sayı 409 nəfərə çatıb.

 

Xatırladaq ki, Tokioda epidemioloji vəziyyət ağır olduğuna görə hökumət Yaponiya paytaxtında fövqəladə vəziyyət rejiminin müddətini avqustun 31-dək uzadıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı