Modern.az

Karateçimiz üçüncü döyüşündə uduzdu - YENİLƏNİB

Karateçimiz üçüncü döyüşündə uduzdu - YENİLƏNİB

Aktual

7 Avqust 2021, 11:03

Azərbaycan karateçisi İrina Zaretska Tokio Olimpiadasında növbəti görüşünü keçirib.

 

Modern.az xəbər verir ki, 61 kiloqramdan yuxarı çəki dərəcəsində mübarizə aparan idmançımız A qrupu çərçivəsində qazaxıstanlı Sofiya Berultseva ilə qarşılaşıb. Karateçimiz rəqibinə 4:5 hesabı ilə məğlub olub.

 

Təmsilçimiz ilk döyüşünü Yaponiya idmançısı Ayumi Uekusaya qarşı keçirib və 4:1 hesablı qələbə qazanıb. Növbəti görüşündə italiyalı Silvia Semerarodan üstün olub - 3:2.

 

Karateçimiz qrup görüşləri çərçivəsində daha sonra Məltəm Hocaoğlu (Türkiyə) ilə qarşılaşacaq.

 

Qrupda ilk iki yerin sahibi yarımfinala vəsiqə qazanmaqla yanaşı, bürünc medalı da təmin edəcək.

 

***

 

Azərbaycan karateçisi İrina Zaretska Tokio-2020 Yay Olimpiya Oyunlarında növbəti görüşünü keçirib.

 

Modern.az xəbər verir ki, 61 kq-dan yuxarı çəkidə çıxış edən idmançı A qrupundakı ikinci döyüşündə italiyalı Silviya Semeraro ilə üz-üzə gəlib.

 

Zaretska rəqibini 3:2 hesabı ilə üstələyib. O, növbəti qarşılaşmasını Sofya Berultsevaya (Qazaxıstan) qarşı keçirəcək.

 

***

09:40

Azərbaycan karateçisi İrina Zaretska Tokio-2020 Yay Olimpiya Oyunlarında mübarizəyə start verib.

 

Modern.az xəbər verir ki, idmançımız A qrupundakı ilk görüşündə yaponiyalı Ayumi Uekusa ilə qarşılaşıb.

 

Zaretska rəqibinə 4:1 hesabı ilə qalib gəlib. O, növbəti görüşünü Silviya Semeraroya (İtaliya) qarşı keçirəcək.

 

Qeyd edək ki, qrupda ilk 2 yerdən birini tutacağı təqdirdə, Azərbaycan təmsilçisi yarımfinala yüksələcək və ən azı bürünc medalı təmin edəcək.

Sizə yeni x var
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?