Modern.az

Avtoidman Oyunları təxirə salındı

Avtoidman Oyunları təxirə salındı

Aktual

7 Avqust 2021, 10:40

Bu ilin oktyabrında Fransada keçirilməsi nəzərdə tutulan ikinci Avtoidman Oyunları bir il sonraya təxirə salınıb.

 

Modern.az xəbər verir ki, bu barədə Beynəlxalq Avtomobil Federasiyası qərar qəbul edib.

 

Oyunlar 2020-ci il oktyabrın 23-dən 25-dək Marsel şəhərindəki Pol-Rikar trasında keçirilməli idi. Lakin həmin vaxt yarış koronavirus pandemiyasına görə bir il sonraya təxirə salınmışdı. Qərar dünyada mövcud məhdudiyyətlər səbəbindən qəbul olunub.

 

Oyunlarda GT, turinq, Formula 4, drift, kartinqin slalom növü və virtual yürüş üzrə yarışlar təşkil olunacaq.

 

Qeyd edək ki, ilk Avtoidman Oyunlarına 2019-cu ilin noyabrında İtaliya ev sahibliyi edib. Romanın yaxınlığındakı Vallelunqa trasında baş tutan yarışlarda Rusiya komanda hesabında birinci olub.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?