Modern.az

Həmkəndlisini bıçaqlayaraq öldürmək istədi  

Həmkəndlisini bıçaqlayaraq öldürmək istədi  

Aktual

7 Avqust 2021, 11:12

Avqustun 6-sı saat 02 radələrində Xaçmaz rayonunun Qusarçay kənd sakini Sahib Cəbrayılovun çoxsaylı xəsarətlər alması barədə rayon prokurorluğuna məlumat verilib.

 

Xaçmaz Rayon Prokurorluğunun Modern.az-a bildirilib ki, aparılmış araşdırmalarla zərərçəkmişin həmkəndlisi Nizami Baxışovun kənd ərazisində yerləşən yanacaqdoldurma məntəqəsinin ərazisində şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı Sahib Cəbrayılova çoxsaylı bıçaq xəsarətləri yetirərək sonuncunu qəsdən öldürməyə cəhd etdiyi müəyyənləşdirilib.

 

Faktla bağlı Xaçmaz Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanıb.

 

Nizami Baxışov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.

 

Hazırda istintaq davam edir.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
SON DƏQİQƏ! Moskvada gərgin anlar - Fövqəladə vəziyyət elan edildi