Modern.az

Qaçırdığı maşınla qəza törətdi - FOTO

Qaçırdığı maşınla qəza törətdi - FOTO

Aktual

7 Avqust 2021, 11:52

Quba RPŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində avtomobil oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb.

 

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba Regional Qrupundan Modern.az-a verilən məlumata görə, oğurluq hadisəsini törətməkdə şübhəli bilinən Quba şəhər sakini Əmrah Əmrahov rayonun Alekseyevka kənd sakininə məxsus “Vaz 2106” markalı avtomobili əvvəlcə qaçırıb, daha sonra isə qəza törədərək hadisə yerindən qaçıb.

 

Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində həmin şəxs polis əməkdaşları tərəfindən saxlanılıb. Quba RPŞ tərəfindən araşdırmalar aparılır.

 

 

 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?