Modern.az

Bakıda ağaclıq ərazidə yanğın söndürüldü - YENİLƏNİB

Bakıda ağaclıq ərazidə yanğın söndürüldü - YENİLƏNİB

Aktual

7 Avqust 2021, 13:34

Paytaxtın Səbail rayonu, Mehdi Hüseyn küçəsindəki ağaclıq ərazidə yanğın söndürülüb.


Bu barədə Modern.az-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

 

Bildirilib ki, yanğın nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları tərəfindən qısa müddətdə söndürülüb.

 

***

Bakının mərkəzində ağaclıq ərazi yanır.

 

Fövqəladə Hallar Nazirliyindən (FHN) Modern.az-a verilən xəbərə görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Bakı şəhəri, Səbail rayonu, Mehdi Hüseyn küçəsində ağaclıq ərazidə yanğın olması barədə məlumat daxil olub.

 

FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri yanğınsöndürmə işlərinə cəlb olunub.

Whatsapp
Bizə yazın!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?