Modern.az

Narkotik satan keçmiş məhkum ələ keçdi

Narkotik satan keçmiş məhkum ələ keçdi

Aktual

7 Avqust 2021, 13:11

Masallıda narkotik vasitələrin satışı ilə məşğul olan keçmiş məhkum saxlanılıb.

 

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Modern.az-a verilən məlumata görə, Masallı Rayon Polis Şöbəsinin əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən, əvvəllər də eyni əmələ görə məhkum olunmuş rayon sakini Mehti Fərəcov saxlanılıb.

 

Şəxsi axtarış zamanı onun üzərindən hazır bükümlərdə narkotik vasitə tiryək aşkarlanaraq götürülüb.

 

Faktla bağlı araşdırma aparılır

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
SON DƏQİQƏ! Moskvada gərgin anlar - Fövqəladə vəziyyət elan edildi