Modern.az

Türkiyədən Azərbaycana dəri ixracı azalıb

Türkiyədən Azərbaycana dəri ixracı azalıb

Aktual

7 Avqust 2021, 14:33

2021-ci ilin yanvar-iyul aylarında Türkiyədən Azərbaycana dəri məmulatları ixracı 2020-ci ilin eyni dövrü ilə müqayisədə 8,5 faiz azalaraq 7,446 milyon dollar təşkil edib.

 

Modern.az xəbər verir ki, bu barədə Türkiyə Ticarət Nazirliyindən bildirilib.

 

Hesabata əsasən, iyul ayında Türkiyədən Azərbaycana dəri məmulatları ixracı ötən ilin iyulu ilə müqayisədə 57,3 faiz artıb və 6,604 milyon dollara bərabər olub.

 

Qeyd edək ki, 2021-ci ilin yanvar-iyul aylarında Türkiyənin dünya bazarlarına dəri məmulatları ixracı 2020-ci ilin eyni dövrü ilə müqayisədə 21,3 faiz artaraq 466 milyon dollar təşkil edib.

 

Son 12 ay ərzində (iyul 2020 – iyul 2021) Türkiyə 1,511 milyard manat məbləğində dəri məmulatı ixrac edib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?