Modern.az

Türkiyədə 217 yanğın nəzarətə alınıb

Türkiyədə 217 yanğın nəzarətə alınıb

Aktual

7 Avqust 2021, 14:53

Türkiyədə son 10 gün ərzində baş vermiş 223 yanğından 217-si nəzarət altına alınıb.

 

Modern.az xəbər verir ki, bunu Türkiyənin meşə və kənd təsərrüfatı naziri Bekir Pakdemirli deyib.

 

Onun sözlərinə görə, hazırda 6 yerdə yanğınların söndürülməsi və ətraf əraziyə yayılmaması üçün mübarizə aparılır.

 

Nazir, həmçinin qeyd edib ki, Milasdakı yanğının Yeniköy İstilik Elektrik Mərkəzi üçün təhlükəsi yoxdur.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
SON DƏQİQƏ! Moskvada gərgin anlar - Fövqəladə vəziyyət elan edildi