Modern.az

İrina Zaretska da finalda uduzdu - YENİLƏNİB

İrina Zaretska da finalda uduzdu - YENİLƏNİB

Aktual

7 Avqust 2021, 16:09

Azərbaycan karateçisi İrina Zaretska Tokio Olimpiadasında final görüşünə çıxıb.

 

Modern.az xəbər verir ki, 61 kiloqramdan yuxarı çəki dərəcəsində mübarizə aparan idmançımız qızıl medal uğrunda görüşdə misirli Feryal Abdelaziz ilə üz-üzə gəlib.

 

Final qarşılaşması Misir təmsilçisinin qələbəsilə başa çatıb. Bununla da İrina Zaretska olimpiadanı gümüş medalla başa vurub.

 

***

Tokio-2020 Yay Olimpiya Oyunlarında iştirak edən Azərbaycan karateçisi İrina Zaretska qadınlar arasında 61 kiloqramdan yuxarı çəki dərəcəsində yarımfinal görüşünə çıxıb.

 

Modern.az-ın məlumatına görə, o, çinli idmançı Qon Liyə qalib gələrək final yüksəlib.

 

Karateçimiz qrup mərhələsində keçirdiyi 4 görüşdən 3-də qalib gələrək 6 xalla qrup lideri olub.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
SON DƏQİQƏ! Moskvada gərgin anlar - Fövqəladə vəziyyət elan edildi