Modern.az

Mariya Stadnik növbəti Olimpiya medalını qazandı

Mariya Stadnik növbəti Olimpiya medalını qazandı

Aktual

7 Avqust 2021, 16:23

Azərbaycanın qadın güləşçisi Mariya Stadnik Tokio Olimpiadasında bürünc medala sahib olub.

 

Modern.az xəbər verir ki, 50 kiloqram çəki dərəcəsində çıxış edən idmançımız üçüncü yer uğrunda görüşdə Monqolustan təmsilçisi Namuntsetseq Tsoqt Oçirə 10:0 hesabı ilə qalib gəlib. 

 

Beləliklə, Mariya Stadnik ardıcıl dördüncü Olimpiadada mükafatçılar sırasında yer alıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?