Modern.az

Türkiyə meşələrindəki 12 yanğından 7-si söndürüldü

Türkiyə meşələrindəki 12 yanğından 7-si söndürüldü

Aktual

7 Avqust 2021, 18:42

Bu gün Türkiyənin cənubundakı meşələrdə 12 yanğın ocağından 7-si söndürülüb.

 

Modern.az-ın məlumatına görə, bunu Türkiyə Prezident Administrasiyasının Kommunikasiya departamentinin rəhbəri Fəxrəddin Altun “Twitter” səhifəsində yazıb.

 

Hazırda 4-ü Muğlada və 1-i Spartada olmaqla, 5 meşə yanğınının söndürülməsi istiqamətində səylər davam edir.

 

İndiyə qədər meşə yanğınlarında 8 nəfər həyatını itirib, 864 nəfər xəsarət alıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?