Modern.az

Göyçayda toy sahibi cərimələndi - FOTO

Göyçayda toy sahibi cərimələndi - FOTO

Aktual

7 Avqust 2021, 19:05

Göyçayda polis tərəfindən keçirilən yoxlamalar zamanı şəhər ərazisində yerləşən fərdi yaşayış evində təşkil edilən toy mərasimində karantin qaydalarının pozulduğu müəyyən olunub.

 

Bu barədə Modern.az-a DİN-in Mətbuat Xidmətindən bildirilib.

 

Məlumata görə, Xəzər Şabanova məxsus evin həyətyanı sahəsində keçirilən toy mərasimində müəyyən edilən say həddindən artıq qonağın iştirak etdiyi aşkar olunub. 

 

Aşkarlanmış qayda pozuntuları ilə bağlı ev sahibi inzibati məsuliyyətə cəlb edilərək cərimələnib.

 

 

Whatsapp
Bizə yazın!
Keçid et
SON DƏQİQƏ! Moskvada gərgin anlar - Fövqəladə vəziyyət elan edildi