Türkiyənin paytaxtı Ankara şəhərinə uzun müddətdən sonra güclü yağış yağıb, nəticədə şəhəri sel basıb.
Modern.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, güclü sel suları Ankara-Eskişehir avtomobil yolunda hərəkəti iflic edib.
Yolların su basması səbəbindən nəqliyyat vasitələrinin sürücüləri uzun müddət avtomobillərini tərk edə bilməyiblər.
Hazırda Ankara Böyükşəhər Bələdiyyəsi təbii fəlakətin yaratdığı fəsadları aradan qaldırmağa çalışır.