Modern.az

Braziliya millisi Olimpiya çempionu oldu

Braziliya millisi Olimpiya çempionu oldu

Aktual

7 Avqust 2021, 21:46

Avqustun 7-də “Tokio-2020” XXXII Yay Olimpiya Oyunlarında kişilər arasında futbol yarışının final görüşü keçirilib.

 

Modern.az xəbər verir ki, Olimpiadanın finalında Braziliya və İspaniya komandaları üz-üzə gəliblər. Görüşdə 2:1 hesabı ilə qalib gələn Braziliya yığması ardıcıl iki dəfə Olimpiya çempionu olub.

 

Üçüncü yer uğrunda ötən gün oynanılan görüşdə Meksika ev sahibi Yaponiyanı 3:1 hesabı ilə məğlubiyyətə uğradıb.

 

Qadınların yarışında isə Kanada seçməsi çempion adını qazanıb. Gümüş medallara İsveç, bürünc medallara isə ABŞ seçməsi sahib olub.

 

Xatırladaq ki, “Rio-2016”da kişilərin futbol yarışında Braziliya, qadınların mübarizəsində Almaniya yığmaları çempion adını qazanıblar.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?