Modern.az

Şəhid qardaşların xatirəsinə inşa edilən bulaq istifadəyə verildi - FOTOLAR

Şəhid qardaşların xatirəsinə inşa edilən bulaq istifadəyə verildi - FOTOLAR

Aktual

7 Avqust 2021, 22:09

Lerik şəhərində 44 günlük Vətən müharibəsində qəhrəmancasına şəhidlik zirvəsinə ucalmış Elgün və Altay Mövlanov qardaşlarının xatirəsini əbədiləşdirmək üçün inşa edilmiş bulaq kompleksi istifadəyə verilib.

 

Modern.az xəbər verir ki, açılış mərasiminin iştirakçıları əvvəlcə şəhid qardaşların məzarları önünə gül dəstələri düzərək, onların ruhuna dualar oxuyublar.

 

Bulaq kompleksinin önündə davam etdirilən tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

 

Tədbirdə çıxış edənlər 44 günlük Vətən müharibəsində Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə müzəffər Azərbaycan Ordusunun işğal altındakı torpaqlarımızı azad etdiyini, bu möhtəşəm qələbənin şəhidlərimizin qanı-canı bahasına əldə edildiyini, ölkəmizin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə şəhid olmuş qəhrəman Vətən övladlarının xatirəsinin həmişə ehtiramla yad olunduğunu bildiriblər.

 

Diqqətə çatdırılıb ki, Birinci Qarabağ və Vətən müharibələrində Lerik rayonundan olan qəhrəman oğullar da hərbi əməliyyatlarda misilsiz rəşadət nümayiş etdiriblər.

 

Sonra şəhid Altay Tahir oğlu Mövlanovun “Füzulinin azad olunmasına görə” medalı atasına təqdim olunub.

 

Mərasimdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Lerik rayon şöbəsinin rəisi Arif Həsənov, Lerik Heydər Əliyev Mərkəzinin direktoru Hüsaməddin Abbasov, Vətən Müharibəsi Qəhrəmanı Amid Heydərovun atası Rəbbil Heydərov, Vətən müharibəsi iştirakçısı Nəbi Əhədov, şəhər 2 saylı məktəbin müəllimi Hacırza Quliyev, şəhid Elgün və Altay qardaşlarının atası Tahir Mövlanov, anası Sevda Mövlanova və əmisi Mahir Mövlanov çıxış edərək şəhidlərin qısa, lakin şərəfli həyat yolundan, Vətən müharibəsində göstərdikləri şücaətlərdən, həmçinin ölkəmizdə şəhid ailələrinə göstərilən diqqət və qayğıdan danışıblar.

 

Sonda məktəblilər şəhidlərə və Qələbəmizə həsr olunmuş şeirlər söyləyiblər.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?