Modern.az

Su anbarında köməksiz qalan 3 nəfər xilas olundu

Su anbarında köməksiz qalan 3 nəfər xilas olundu

Aktual

7 Avqust 2021, 22:15

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Mingəçevir şəhəri yaxınlığında, Mingəçevir su anbarında 3 nəfərin qayıqda köməksiz vəziyyətdə qalması (hava şəraitinin pisləşməsi və suyun dalğalı olması ilə əlaqədar olaraq) barədə məlumat daxil olub.

 

Nazirliyikdən Modern.az-a verilən məlumata görə, xilasetmə məntəqəsindən təxminən 5 km aralı, nəzarətsiz ərazidə içərisində 3 nəfərin olduğu qayıq Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin xilasediciləri tərəfindən yedəyə alınaraq sahilə çıxarılıb.

Whatsapp
Bizə yazın!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?