Türkiyəli yanğınsöndürənlər və xilasedicilər Antalya ərazisində yanğınları nəzarət altına almağa müvəffəq olublar. Buna leysan yağışları da kömək olub.
Modern.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, leysan yağışlarının bir neçə gün davam edəcəyi gözlənilir.
Türkiyənin meşə və kənd təsərrüfatı naziri Bekir Pakdemirlinin sözlərinə görə, hazırda ölkənin beş əyalətində 13 yanğın ocağı qalmaqdadır.

