Dənizdə batmaq təhlükəsi ilə üzləşən şəxslər xilas edilib.
Bu barədə Modern.az-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.
Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti tərəfindən “Nardaran” sularda xilasetmə məntəqəsindən kənarda (qeyri-çimərlik ərazi) çimərkən batma təhlükəsi ilə üzləşən 2 nəfər xilas olunub.